Nyu-Yorkdakı "Trump Tower"də yanğın: 1 nəfər ölüb

11:08 - 8 Aprel 2018 - DÜNYA

Birləşmiş Ştatların Nyu-York şəhərində yerləşən "Trump Tower" göydələnində baş vermiş yanğın nəticəsində 1 nəfər ölüb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu barədə yanğın xidmətinə istinadən CNN telekanalı məlumat yayıb. Bildirilir ki, ölən şəxs "Trump Tower"də yerləşən mənzildə yaşayıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xəbər xətti