Biləsuvarda iki avtomobil toqquşub

23:03 - 7 Aprel 2018 - HADİSƏ

Biləsuvar rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayon ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində sərnişinlərdən biri - 1994-cü il təvəllüdlü Masallı rayon Qızılavar kənd sakini Kərimli Peyman İntiqam oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti