Ana səhifə
14 Noyabr 2018

Şəmkirdə 64 yaşlı kişini qatar vurub

Şəmkirdə 64 yaşlı kişini qatar vuraraq öldürüb.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisindən keçən dəmir yol xəttində baş verib.   Kənd sakini, 1954-cü il təvəllüdlü Seyidməmməd Heydərov dəmir yol xəttinə yaxın hərəkət edərkən yük qatarı onu vurub. S. Heydərov hadisə yerində ölüb.   Məlumata görə, 64 yaşlı kişi lal və kar olduğundan qatarın siqnalını eşitməyib.   Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Tarix
7 Aprel 2018 [09:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin