Şəkidə iki avtomobil toqquşub: xəsarət alanlar var

10:30 - 7 Aprel 2018 - HADİSƏ

Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu gecə saat 01.00 radələrində Şəki şəhər sakinləri - 1951-ci il təvəllüdlü Mübarizə Nəsir qızı Rzayeva, 1981-ci il təvəllüdlü Rəşad Elxan oğlu Rüstəmov və 1949-cu il təvəllüdlü İlqar Ramazan oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.   MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı M. Rzayeva, R. Rüstəmov və İ. Ramazanovun aprelin 6-dan 7-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Cəfərabad kəndi ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldıqları məlum olub. Hər üç şəxsin müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir.   Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Xəbər xətti