"Kəpəz” "Keşlə”yə, "Qarabağ” "Səbail”ə qarşı

09:18 - 7 Aprel 2018 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyunlarına start veriləcək. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Turun ilk matçı Gəncədə baş tutacaq. "Kəpəz” doğma azarkeşlər önündə "Keşlə” ilə üz-üzə gələcək. Bu görüş autsayderlərin yubiley oyunu olacaq. Komandalar 30-cu dəfə qarşılaşacaq. Paytaxt təmsilçisi son 5 səfər matçında 1 dəfə qələbəyə sevinib. Bu komandalar arasında keçirilən hər üç qarşılaşmada qonaqlar meydanı qolsuz tərk etməyib. Günün digər oyununda isə "Qarabağ” "Səbail”i qəbul edəcək. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər üç oyununda "Qarabağ” qələbə qazanıb. "Səbail” isə bu matçlarda qol vura bilməyib. Qeyd edək ki, turun digər matçları aprelin 8-i baş tutacaq. İkinci oyun günündə avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan "Zirə”ylə "Qəbələ”, "Neftçi” ilə "Sumqayıt” üz-üzə gələcək.

Xəbər xətti