ABŞ barələrində sanksiya tətbiq etdiyi rusiyalılara viza verməyəcək

01:09 - 7 Aprel 2018 - DÜNYA

ABŞ hakimiyyəti cümə günü barələrində sanksiyalar tətbiq etdiyi rusiyalı sahibkarlar və dövlət qulluqçularına giriş vizaları verməyəcək. Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib. Vaşinqton bu dəfə Rusiyanın ən iri sahibkarları sırasına daxil olan yeddisinə qarşı sanksiya tətbiq edib. Bundan başqa 12 özəl şirkət, 2 dövlət strukturu, 17 dövlət qulluqçusu və dövlət korporasiyaları rəhbərlərinə qarşı da sanksiyalar tətbiq olunub.

Xəbər xətti