Avropa İttifaqı Şimali Koreyaya qarşı sanksiyanı genişləndirib

23:52 - 6 Aprel 2018 - DÜNYA

 Avropa İttifaqı Şimali Koreyaya tətbiq etdiyi sanksiya siyahısını genişləndirib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Bildirilib ki, siyahıya 1 fiziki və 21 hüquqi şəxs əlavə edilib.

Sənəddə qeyd edilib ki, Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, Şimali Koreyadan 80 nəfəri və 75 təşkilatı “qara siyahı”ya daxil edib, 55 nəfərə və 9 quruma qarşı birtərəfli qaydada məhdudlaşdırıcı tədbir görüb.

Bu il martın 30-da BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın 27 gəmisinə, 21 şirkətinə, neft və daş kömür qaçaqmalçılığı ilə məşğul olan bir nəfərə sanksiya tətbiq edib.

Xəbər xətti