Həkimlər: Sergey Skripalının səhətti yaxşılaşır

23:39 - 6 Aprel 2018 - DÜNYA

Hazırda Böyük Britaniyada yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilən Sergey Skripalın səhətti yaxşılaşır. 

“Report” xəbər verir ki, məlumatı BBC yayıb.
 Həkimlər bildirib ki, S.Skripalın müalicəsi uğurla davam edir: “O, artıq ağır vəziyyətdə deyil. Tez sağalır”.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə nəticəsində zəhərlənənlərin sayı, təxminən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var. Britaniya hökuməti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Xəbər xətti