Ana səhifə
19 Sentyabr 2018

İlhamə Quliyevanın yeni duet ortağı kimdir? - FOTOLAR

 “Ucnoqta.az" xəbər verir ki, Azərbaycanın xalq artisti, şöhrət və şərəf ordenli İlhamə Quliyeva ilə sevilən mahnıların ifaçısı, estrada ulduzu Nuri Sərinləndirici çox yaxın günlərdə "Sevgi nağılı" adlı duetlərini dinləyicilərə təqim edəcəklər.

 

Onlar Moskvada kameralar qarşısına keçiblər. Bu haqda teleaparıcı və rejissor Lamiyyə Ələkbərqızı məlumat verib: “İlhamə xanımla Nurinin duet oxuması ideyasının təşəbbüskarı mən oldum. Söz və musiqisi Faiq Erola məxsus olan "Sevgi nağılı" mahnısını seçməyənə qədər bir neçə bəstəkarlar öz əsərlərini bizə təqdim etmişdilər. Çox müzakirələrdən sonra komanda olaraq qərar verib bu duetin yazılmasını lazım bildik. Layihəmizin bir başqa özəlliyi də odur ki, duet nə internetdə yerləşdirilib, nə də radio dalğalarında səslənir. Yekdilliklə qərar verdik ki, "Sevgi nağılı"na klipi ilə birgə tanıtım edək. Moskvada böyük bir yaradıcı heyət ekran işinin çəkilişlərini mükəmməl şəkildə gerçəkləşdirdilər.İlhamə xanımla Nuri aktyor bacarıqlarını maksimum sərgilədilər. Onlar tərəf müqabili kimi çox mükəmməl görünürlər. İnşallah klipə baxacaq tamaşaçılar bu sözlərimə haqq qazandıracaqlar".

 

Bildirək ki, "Sevgi nağılı" nın təmtəraqlı təqdimatı Yeni il ərəfəsində, Bakıda baş tutacaq.

Tarix
3 Dekabr 2014 [17:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin