Smartfonlar ailə xoşbəxtliyinə mənfi təsir göstərir

21:27 - 6 Aprel 2018 - MARAQLI

Ata-anaların həddən artıq mobil telefondan istifadə etməsinin ailə həyatına mənfi təsir göstərdiyi məlum olub.

Britaniyanın Digital Awareness UK (Rəqəmsal Maarifləndirmə BK) təşkilatının apardığı araşdırmada 11-18 yaş arası 2 min uşaq iştirak edib. Onların 14 faizi ana və atalarının yemək zamanı mobil telefonla məşğul odluqlarını söyləyib. Araşdırma istiqamətində 3 min ana və ata arasında sorğu keçirirlib. Lakin onların 95 faizi şam yeməyi zamanı mobil telefonla məşğul olduqlarını rədd ediblər. Araşdırmada iştirak edən tələbələrin 82 faizi yemək zamanı mobil telefondan istifadənin lazım olmadığını qeyd ediblər. 22 faiz tələbə isə mobil telefonlar ucbatından ailə olaraq gözəl vaxt keçirmədiklərini deyiblər.Uşaqların 36 faizi isə bu günə qədər ən azı bir dəfə ana və atalarından mobil telefonu kənara qoymalarını istədiklərini söyləyiblər.
Uşaqların suallara cavabları onların ana və atadan nə gözlədiklərini ortaya qoysa da, sorğuda iştirak edən valideynlərin 90 faizi mobil telefonun uşaqlarla ünsiyyətə mane olmadığını söyləyib. "Ata və anaların digər problemi isə uşaqlarının günün nə qədər hissəsini internetdə keçirmələrindən xəbərsiz olmalarıdır.

Ümid edirik ki, bu araşdırma valideynlər üçün bir xəbərdarlıq olar və uşaqlarıyla həm internet həm də sosial şəbəkə mövzularını dərindən müzakirə edərlər", -deyə Digital Awareness UK-in təsisçilərindən biri olan Emma Robertson deyib.

Xəbər xətti