“Sədərək”dən oğurluq edən şəxs saxlanıldı

11:52 - 6 Aprel 2018 - HADİSƏ

Mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs yaxalanıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, aprelin 4-də “Sədərək” ticarət mərkəzində mağazaların birindən dəyəri 360 manat olan 2 ədəd “Ariston” su qızdırıcısını oğurlayaraq qaçmağa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Sumqayıt şəhər sakini Xəyal Bağırov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti