Ana səhifə
26 Sentyabr 2018

UEFA klubların reytinqini açıqaldı: “Qarabağ” mövqeyini qoruyub

Avrokubokların 1/4 final mərhələsinin ilk oyunları başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.

Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, bu raundda əsasən qitənin güclüləri meydana çıxdığından dəyişikliklər də məhz ön sıralarda qeydə alınıb.
Düzdü, İtaliya, İspaniya, Almaniya və İngiltərə təmsil edən, lakin liderlərdən çox uzaq olan komandaların da mövqeyində müəyyən dəyişikliklər yaşanıb. Lakin bunlar klubların öz əmsalı deyil, ölkə reytinqinə görə gerçəkləşib.

Siyahının ilk “onluğ”unda da yerdəyişməyə təsadüf olunub. “Arsenal” Dortmund “Borussiya”sını arxada qoyub və 9-cu sıraya yüksəlib.

Avropanın 442 komandasının yer aldığı cədvəldə Azərbaycan təmsilçiləri də var. Ən yaxşı klubumuz “Qarabağ”dı. Cari mövsümdə Çempionlar Liqasının qrupuna qədər irəliləyən Qurban Qurbanovun yetirmələri 73-cü sıraya şərikdi. Ağdam klubu 5 mövsümün nəticəsində 20,500 xala malikdi. Təmsilçimizin göstəricisi BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) eynidi.

Ölkəmizin digər klublarından “Qəbələ” 5,250 xalla 191-ci, “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yerə şərikdi.
Qeyd edək ki, hesabında 155,000 xal olan “Real” siyahıya başçılıq edir.

İlk “onluq”

1. “Real” (İspaniya) – 155,000
2. “Atletiko” (İspaniya) – 133,000
3-4. “Barselona” (İspaniya) – 132,000
“Bavariya” (Almaniya) – 132,000
5. “Yuventus” (İtaliya) – 124,000
6. “Sevilya” (İspaniya) – 112,000
7. PSJ (Fransa) – 109,000
8. “Mançester Siti” (İngiltərə) – 100,000
9. “Arsenal” (İngiltərə) – 90,000
10. “Borussiya” (Dortmund, Almaniya) – 89,000
 

“Qarabağ” və qonşuları

66. “Lester” (İngiltərə) – 22,000
67. “Astana” (Qazaxıstan) – 21,750
68-69. “Feyenoord” (Hollandiya) – 21,500
“Rapid” (Vyana, Avstriya) – 21,500
70-72. “Selta” (İspaniya) - 20,971
“Real Sosyedad” (İspaniya) - 20,971
“Betis” (İspaniya) - 20,971
73-75. “Qarabağ” (Azərbaycan) – 20,500
“Yanq Boyz” (İsveçrə) – 20,500
BATE (Belarus) – 20,500
76. “Trabzonspor” (Türkiyə)– 18,000
77. “Dinamo” (Xorvatiya) – 17,500
78-80. “Partizan” (Serbiya) – 17,000
“Everton” (İngiltərə) – 17,000
“Slovan” (Çexiya) – 17,000

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250
244-256. “Neftçi” - 3,825
“Keşlə” - 3,825
“Zirə” - 3,825
“Kəpəz” - 3,825
“Xəzər Lənkəran” - 3,825

Tarix
6 Aprel 2018 [10:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin