Səudiyyə Ərəbistanı ABŞ-dan 1,3 milyard dollara haubitsa alır

18:06 - 6 Aprel 2018 - DÜNYA

Səudiyyə Ərəbistanı ABŞ-dan 1.3 milyard dollar dəyərində 180 ədəd "Paladin" haubitsaları alacaq.

Şahzadə Məhəmmədin ABŞ-a səfərindən sonra Səudiyyə Ərəbistanı öz hərbi arsenalını amerikan silahları ilə təchiz etməkdə davam edir. Bundan əvvəl krallıq tank əleyhinə raket kompleksləri tədarük etmişdi.

Ağ Ev və Konqres nəzərdə tutulan silah müqaviləsini dəstəkləyir.trend

Xəbər xətti