Sumqayıt Təhsil Şöbəsinin qadın əməkdaşını maşın vurub

10:12 - 6 Aprel 2018 - HADİSƏ

Yaralı dərhal xəstəxanaya çatdırılıb

 Sumqayıtda Təhsil Şöbəsinin metodistini maşın vurub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1986-cı il təvəllüdlü, Əzimzadə Gülnar Fazil qızı yolu keçərkən qarşı tərəfdən gələn avtomobil onu vurub.Yaralı dərhal xəstəxanaya çatdırılıb və vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti