Dikdaban ayaqqabını çıxardıqdan sonra məşq edin

21:00 - 5 Aprel 2018 - MARAQLI

Dikdaban ayaqqabının da uyğun olanı seçilməlidir

Dikdaban ayaqqabı seçilərkən topuq yüksəkliyinin 3 santimetrə qədər olması ayaqda hər hansı bir problemə gətirib çıxarmır. Ancaq 5 santimetrdən çox topuq yüksəkliyi  olan ayaqqabıların ön qismi yüksəldilməmiş olanları seçildikdə, ayaq biləyinin arxa qisminin sıxışması ilə ortaya çıxan “balerina xəstəliyi”nin meydana gəlmə riskini artırır. Bunun yanında tarazlıq problemləri də ortaya çıxacağından gedərkən ayaq biləyinin burxulması, hətta qırılması belə baş verə bilər. Bu səbəblə yüksək dikdaban ayaqqabı geyinərkən eniş miqdarının azaldılması üçün ön qismi yüksəldilmiş, yəni platformalı olanları seçilməlidir.

Yüksək dikdaban ayaqqabı mümkün olan ən qısa müddətdə ayaqdan çıxarılmalıdır.
İşə gedərkən geyinmək məcburiyyətində olanlar yanında topuqsuz bir ayaqqabı aparmalı və masasına oturduqda ayaqqabısını dəyişdirməlidir. İş yerinə gediş-gəlişlərdə topuqsuz və rahat bir ayaqqabı seçilməlidir.İş yerindəki fasilələr əsnasında qıç əzələləri dincəlməlidir.

Ayaq, qıç və bel əzələlərinə istiqamətli məşqlər edilməlidir.

 

Xəbər xətti