Ana səhifə
22 Oktyabr 2018

Zəlimxan Yaqubdan xəbər var

“Dekabrın 7-də yenidən Almaniyaya gedirəm”.

 

 

Ucnoqta.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub deyib.

 

O, Almaniya səfərinin məqsədini belə açıqlayıb: “Müayinə və müalicə olunmalıyam. Özümü hələ ki, yaxşı hiss edirəm. Amma yenə də müalicə lazımdır”.

 

Z.Yaqub bildirib ki, xəstə olduğu illər ərzində dəvət aldığı bütün tədbirlərdə iştirak edib: “Hətta mən Əfv Komissiyasının da bütün iclaslarında oluram”.

 

Qeyd edək ki, Zəlimxan Yaqub böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Şair uzun illərdir ki, xəstəliyi ilə bağlı Almaniyada müalicə kursu keçir.

Tarix
3 Dekabr 2014 [16:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin