Bakıda iranlı tələbəni avtomobil vurub

11:09 - 5 Aprel 2018 - HADİSƏ

Piyada xəstəxanaya yerləşdirilib

 Bakıda İran vətəndaşı avtomobillə vurulub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində qeydə alınıb.

Tofiq Əsədovun idarə etdiyi “Toyota” markalı avtomobil yolu keçən İran vərəndaşı, 1969-cu il təvəllüdlü Hossein Nejadı vurub. Piyada xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan 49 yaşlı piyada Bakı Slavyan Universitetinin tələbəsidir.

Xəbər xətti