Ana səhifə
13 Noyabr 2018

"Eurovision 2018"-in açılışını Aysel Məmmədova edəcək -Video

İlk dəfədir ki, Azərbaycan beynəlxalq dərəcəli müsabiqənin tarixində ilk dəfədir ki, proqramın açılışını edəcək

"Eurovision 2018"-in açılışını Aysel Məmmədova edəcək. Publika.az-ın Eurovision.Tvyə istinadən məlumatına görə, mahnı müsabiqəsində iştirakçıların sıra nömrəsi müəyyənləşib. Azərbaycan təmsilçisi Aysel “X my heart” mahnısı ilə birinci yarımfinalda birinci nömrə altında çıxış edəcək.

İlk dəfədir ki, Azərbaycan beynəlxalq dərəcəli müsabiqənin tarixində ilk dəfədir ki, proqramın açılışını edəcək.

Məlumat üçün bildirək ki, “X my heart” mahnısı məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəlif illərdə “Eurovision” mahnı müsabiqəsində qalib olub. 2016-cı ildə D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib seçilib. Mahnı Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.

2011-ci ildə Elad Qasımov və Nigar Camalın “Eurovision” müsabiqəsində ifa etdiyi və Azərbaycana qalibiyyət gətirən “Running scared” mahnı da S.Byurmana aiddir.

yeni versiyasını Dido, The Corrs, Ellie Goulding, One Direction kimi beynəlxalq nüfuz qazanmış məşhurlarla işləyən Eş Hyus həyata keçirib.

Lissabonda keçiriləcək adıçəkilən müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq.

Təmsilçimizi Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçılar Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edəcək.

Tarix
4 Aprel 2018 [13:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin