Ana səhifə
19 Sentyabr 2018

Rövnəq Abdullayev: "Azərbaycan Prezidentinin ən böyük arzusudur ki..."

"Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçki qarşısında konkret məsələ qoyulub. Azərbaycan Prezidentinin ən böyük arzusudur ki, böyük yarışları Bakıya gətirsin. "Avro 2020"-yə çıxa bilsək, millimizin 2 görüşü burada keçiriləcək".

 

 

Ucnoqta.az xəbər verir ki, bunu AFFA-nın bu gün keçirilən iclasında federasianın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xorvatiyalı mütəxəssis Robert Prosineçki əsas yığmaya baş məşqçi təyin edilib: “Həm cavandı, həm də milliyə yeni oyun stili gətirə bilər”.

Rövnəq Abdullayev Qurban Qurbanovun millimiyə baş məşqçi gətirilməməsinə də aydınlıq gətirib. “Həm Əli aşından olacaqdı, həm Vəli. O vaxt onu “Neftçi”yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidi. Amma biz onu “Qarabağ”dan ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq”.

Tarix
3 Dekabr 2014 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin