Ana səhifə
20 Sentyabr 2018

Şamaxıda evakuator yedəyindəki traktorla birgə aşıb

Evakuatotun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Şamaxı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Şamaxı-Muğanlı-İsmayıllı yolunda Bakının Nardaran qəsəbə sakini, 1971-ci il təvəllüdlü Nuriyev Akif Arif oğlunun idarə etdiyi 90-KP-813 dövlət nömrə nişanlı, “Mercedes” markalı evakuator yedəyindəki traktorla birgə Muğanlı aşırımındakı yolun döngəsində idarəetmənin itməsi səbəbindən aşıb. Hadisə nəticəsində evakuatotun sürücüsü Akif Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şamaxı rayon Təcili tibbi yardım stansiyasının həkimləri ona yardım göstəriblər.

Faktla bağlı araşdırma aparılır.

Tarix
4 Aprel 2018 [10:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin