"Real"dan darmadağın

01:03 - 4 Aprel 2018 - İDMAN

Bu gün futbol üzrə Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyunları keçirilib. İtaliya təmsilçisi “Yuventus” öz meydanında “Real Madrid”i qəbul edib. Gərgin şəraitdə keçən oyunda ilk qol özünü çox gözlətmədi. Matçın 3-cü dəqiqəsində “Real”ın portuqaliyalı hücumçusu oyunda hesabı açdı – 0:1. 64-cü dəqiqədə Kriştianu Ronaldo “Yuventus”un qapıcısı Canluici Buffonun seyvindən sonra gözəl qolla seçildi – 0:2. 66-cı dəqiqədə meydan sahibləri azlıqda qaldı, hakim Cüneyt Çakır Dibalaya qırmızı kart göstərdi. Nəhayət, oyunun sonuncu qolunu 72-ci dəqiqədə madridlilərin braziliyalı müdafiəçisi Marselo vurdu. İspaniyada paralel keçirilən oyunda “Sevilya” “Bavariya Münxen”i qəbul edib. Oyun Almaniya təmsilçilərinin qələbəsi ilə yekunlaşıb - 1:2.trend

Xəbər xətti