Ana səhifə
18 Sentyabr 2018

Prosineçkinin planları - "Hücum etməyi öyrənməliyik"

"Azərbaycanda bir neçə oyunu stadiondan canlı izlədim. Burada yaxşı texnikalı və perspektivli futbolçular var. İnanıram ki, Azərbaycanda yaxşı komanda yarada biləcəm".

 

 

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçki jurnalistlərə açıqlamasında deyib.
Xorvatiyalı mütəxəssis Azərbaycanda gördüklərindən razı qaldığını bildirib:
"Azərbaycan futbolunun irəli getməsi üçün əlimdən gələni edəcəm. Ancaq mən Xorvatiya və İtaliya yığmalarını məğlub edəcəyimizə söz verə bilmərəm. Onlar çox güclü komandalardır. Xorvatiyaya acı məğlubiyyətdən sonra futbolçuların fiziki durumları yaxşı deyil. İlk öncə bunu düzəltməyə çalışacağıq.
Köməkçilərimdən ikisi yerli mütəxəssis olacaq. Lakin onların kimliyi hələlik bəlli deyil. İlin sonuna qədər bilinəcək. Azərbaycan millisi müdafiədən oynamağa vərdiş edib. Artıq hücum etməyi öyrənməliyik. Bilirəm ki, çətin olacaq. Lakin müdafiədən oynamaq artıq kifayətdir və hücum futboluna üstünlük verməliyik".
Robert Prosineçki qarşısına qoyulan əsas vəfizələrdən birinin yığmanın gəncləşdirilməsi olduğunu bildirib: "Dediyim kimi Azərbaycanda potensiallı futbolçular var. "Qarabağ", "Neftçi" və "İnter"də elə futbolçular var ki, onlar milliyə kömək edə bilərlər. Qarşıma qoyulan əsas vəzifələrdən biri millinin gəncləşdirilməsidir. Bununla belə, təcrübəli futbolçular komandada qalacaq, ancaq yeni yığmada yeni oyunçular görə biləcəksəniz. Klubların qış təlim-məşq toplanışlarını izləməyə gedəcəm. Millinin təlim-məşq toplanışı gələn ilin fevralında olacaq. "Avro-2016"nın seçmə mərhələsinin növbəti oyununa qədər hazır olmalıyıq".

Tarix
3 Dekabr 2014 [15:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin