Ana səhifə
20 Noyabr 2018

Ermənilərin lavaş saxtakarlığı - FOTO

Tahir Əmiraslanov: “Azərbaycan və Türkiyə tərəfinin birgə səyi nəticəsində Ermənistanın cəhdlərinin qarşısı alınıb”

 

Azərbaycanın Moldovadakı səfirliyinin, Azərbaycan  Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin təşəbbüsü və təşkilati dəstəyi ilə noyabrın 21-dən 25-dək Azərbaycanla Moldova arasında mədəni əlaqələrin inkişafı proqramı çərçivəsində Kişinyovda Azərbaycan Mətbəxi Günləri keçirilib. Bununla bağlı Azərbaycan Kulinarlar Assosiasiyasında mətbuat konfransı təşkil edilib. Konfransda çıxış edən Azərbaycan Kulinarlar Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirdi ki, noyabrın 20-də Moldova paytaxtında tədbirin təntənəli açılışı olub. Açılış mərasimində “Azərbaycan mətbəxi” kitabının moldavan dilində nəşrinin təqdimatı olub. Müəllifləri Tahir Əmiraslanov və Aynurə Əmiraslanova olan kitab Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən nəşr edilib. T.Əmiraslanov bildirdi ki, tədbirdə Azərbaycan milli kulinariyasının tarixinə həsr olunmuş sənədli film də nümayiş etdirilib: “Mərasim iştirakçılarına Azərbaycan mətbəxinin müxtəlif ləziz nümunələri: Azərbaycanın ən yaxşı kulinarlarının hazırladığı şah-plov, dolma, arzuman küftəsi, dovğa və sair xörəklər, habelə müxtəlif şirniyyat nümunələri təklif olundu. Tədbirin bəzi iştirakçılarına Azərbaycan Kulinarlar Assosiasiyasının fəxri diplomları təqdim edildi. 5 gün ərzində Moldova paytaxtının sakinləri və qonaqları Kişinyovdakı ən yaxşı restoranlarda Azərbaycan xalqının zəngin kulinariya mədəniyyəti ilə bilavasitə tanış oldular. Əliyev Oruc, Almazov Çingizxan, Əsgərova Ceyran, Məmmədova Bəyim, Qəmbərov İlqar, Hacılı Sərxan, Əmiraslanov Abdulla, Kazımov Namiq açılış keçirilən restoranlarda Azərbaycan yeməklərinin hazırlanmasını təbliğ etdilər”.

T.Əmiraslanov lavaşın erməni çörəyi kimi YUNESKO-nun siyahısına salınması barədə də danışdı: “YUNESKO-da baxılması üçün Ermənistan tərəfindən təqdim edilən lavaş, erməni çörəyi kimi qələmə verilib. Yəni, ermənilər lavaşın yalnız onlara məxsus olmasını iddia edirlər. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turzm Nazirliyi, AR YUNESKO yanında Daimi Nümayəndəliyi, YUNESKO üzrə Milli Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər nəticəsində lavaşın erməniləşdirilməsinin, erməni millətinə mənsub olmasının qarşısı alınıb. YUNESKO öz qərarında bu elementin Ermənistan ərazisində  mövcud olması ilə razılaşıb. Halbuki, Ermənistan tərəfi həm iclasdan öncə, həm də iclas zamanı israrla lavaşın erməni çörəyi adı altında YUNESKO-nun Reprezentativ siyahısına daxil edilməsinə cəhd göstərirdi. Belə ki, Azərbaycan və Türkiyə tərəfinin birgə səyi nəticəsində Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin qarşısı alınıb və Komitə tərəfindən qəbul edilməyib. İlkin olaraq baxılması üçün təqdim olunan faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture" ("Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi") olduğuna baxmayaq, son qəbul edilən faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia" ("Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi") olub. Bununla da YUNESKO qərarında bildirilir ki, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil”.

 

 

Aygün Asimqızı

Tarix
3 Dekabr 2014 [15:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin