Tarixçi Mehmed Solak-zadə Həmdəmi Gürcüstan barəsində

19:34 - 3 Aprel 2018 - Ədəbiyyat

Nodar Şengeliya
Tarixçi Mehmed Solak-zadə Həmdəmi Gürcüstan barəsində 

Son feodal dövründəki Gürcüstan tarixinə aid bir neçə məsələni öyrənmək üçün gürcü mənbələri ilə yanaşı Osmanlı şifahi və sənədli, mənbələri də müəyyən yer tutur. Gürcüstan və Zaqafqaziya ölkələri barəsində mühüm məlumatlarla əhatə olunmuş Osmanlı tarixi ədəbiyyatı xüsusilə zəngindir. XVIİ əsrdə Osmanlı tarixşünaslığı çox inkişaf etmişdir. Bu dövr barəsində akademik Serqi Cikiya yazır: «Mübaliğəsiz demək mümkündür ki, yaradıcılığı dünya xalqlarının mədəni -tarixi məsələlərinin öyrənilməsi və tədqiq edilməsi işində, şübhəsiz, böyük xəzinə olan məşhur tarixçilərin bütöv pleyadası mövcuddur.Bu baxımdan həmin dövrün türk tarixçiləri yaradıcılığımın əhatə dairəsinin və məzmun rəngarəngliyi qüdrətinin aydın olması üçün yalnız XVII əsrin türk tarixçilərini sadalamaq kifayətdir. Onlardan biri də Mehmet Solak-zadə mövcuddur. Bu baxımdan həmin dovrün türk tarixçiləri yaradıcılığının əhatə dairəsinin və məzmun rəngarəngliyi qüdrətinin aydın olması üçün yalnız XVII əsrin türk tarixçilərini sadalamaq kifayətdir. Onlardan biri də Mehmet Solak-zadə Həmdəmidir.

Solak-zadə (1657-ci ildə vəfat etmişdir) Gürcüstan barəsində cüzi, lakin diqqəti cəlb edən fraqment xarakterli məlumatlar vermişdir. Onun tərcümeyi-halı barəsində demək olar ki, heç nə məlum deyildir. O, İstanbulda dövlət məmuru ailəsində doğulmuş, uşaqlıqdan musiqiyə meyl etmişdir ki, buna görə də ona Misxal Çələbi (misxal çalğı alətidir) ləqəbi verilmişdir.

Mehmet Solak-zadə Osmanlı imperi¬yasının yarandığı dövrdən Sultan I İbrahimin (1640-1648-ci illər) taxta çıxmasına qədər olan dövrü əhatə edən Osmanlı tarixinə dair fundamental əsərin müəllifidir. Solak-zadə özündən əvvəl gələn və öz müasirləri olan tarixçilərin əsərlərindən geniş istifadə etmişdir. Buna baxmayaraq, Solak-zadənin əsəri, hər halda müstəqil əsərdir və onun yaradıcılığında bu gün məlum olan digər mənbələrdə qorunub saxlanılmayan çoxlu maraqlı məlumatlar öz əksini tapmışdır ki, bu da onun tarixi dəyərini daha da artırır.
Solak-zadənin əsərində Gürcüstan və Zaqafqaziya tarixinə dair mühüm məlumatlar vardır. Onun Osmanlı tərəfindən Çanet qalasının alınması barəsində verdiyi məlumat diqqətə layiqdir. Bu gün Çanet barəsində cüzi məlumatlar bir yana, demək olar ki, heç nə tapa bilmirik. Gürcüstanın tarixi cənub-qərb hissəsini elə əvəllər Osmanlı ələ keçirib və orada Osmanlı sosial-siyasi sistemi bərqərar olunub. Canet qalasının ram edilməsini nəql edərkən Solak-zadə özündən əvvəl gələn tarixçi Mehmed Neşrinin(XV əsr) əsərində verilən məlumatdan istifadıə edir. Eyni zamanda, ondan fərqli olan faktlar üzərində də dayanır. Osmanlı paşası tərəfindən Canet vilayətinin işğal olunmaslı, müəllifə görə, 1427-1428-ci illərdə baş verib. Həqiqətdə isə bu döver üçün Çanetin əraziləri osmanlılar tərəfindən çoxdan zəbt oilunmuşdu. Burda sadalanan məlumat Çanet vilayətinin valisi Hüseyn bəy tərəfindən  müstəqilliyin itirilməsinə, Osmanlının mərkəzi hakimiyyətinə, tabe edilməsinə aiddir. Həmin vaxtlar Çanet artıq vilayətə çevrilmişdi, onun valisi Hüseyn bəy müsəlmanlaşmış, müstəqilliyi qoruyub saxlamağa cəhd göstərən Osmanlı məmurudur.

Solak-zadə İran-Osmanlı mühari¬bələrinin epizodlarını, Sultan I Səlim ilə İran şahı I Şah İsmayıl arasında Gürcüstanda və Zaqafqaziyada gedən döyüşləri nəql edir. XVI əsrin ortalarında güclənmiş Osmanlı tədricən Cənub-Qərbi Gürcüstanı işğal edir, Osmanlı sosial- siyasi institutlarını yaradır, gürcü ərazilərində sancaqlar sistemini tətbiq edir və bununla da, nəhayət, onları özünə birləşdirir. Zaqafqaziya məhz elə bu dövrlərdə İran-Osmanlı arasında ara verməyən döyüşlər meydanına çevrilib. Bu döyüşlərdən bir epizodu, o cümlədən, 1549-cu il döyüşlərini Solak-zadə nəql edir. O, bu halda da özündən əvvəl gələn Osmanlı tarixçilərinin əsərlərinə çox qısaca istinad edir, lakin İbrahim Peçeviyə nisbətən kifayət qədər fərqli və orjinal şəkildə osmanlılır tərəfindən 1549-cu ildə Gürcüstanın cənub ərazilərinin işğal edilməsi xəbərlərini verir.
Solakzadə tərəfindən Gürcüstan barə¬sində aşağıda göstərilən məlumatlar onun «Tarix» adlı əsərindən götürülmüşdür. Bu məlumatların Osmanlı, gürcü və digər dillərdə mövcud olan məlumatlarla müqayisə olunması, öyrənilməsi, təhlil edilməsi Osmanlı-Gürcüstan tarixi əla¬qələrinin ayrı-ayrı cizgilərinin dəqiqləş¬dirilməsi işinə müəyyən aydınlıq gətirə¬cəkdir.

                                                    ÇANET QALASININ RAM EDİLMƏSİ  
      

Yorquç paşa Alp  Arslanın oğlu Hüseyn bəydən Çanet vilayətini qopartmaq, Osmanlı dövlətinə birləşdirmək barəsində daim düşünürdü. O, 831-ci ilin ilk ayında toy ziyafəti təşkil edib Hüseyn bəyi dəvət etdi. Hüseyn bəy bu dəvətin məqsədini başa düşüb belə dedi: «Bizim bu diyara iddiamız yoxdur, əgər əlimizdə olan, xarabaya çevrilmiş yeri almaq istəyirsinizsə, sizin camaat gəlsin, işğal etsin, biz əleyhinə deyilik, şübhəsiz, biz də dincələrik». Hüseyn bəyin dəvətdən imtina etməsi Yorquç paşanı narahat etdi, odur ki, qoşun toplamağa başladı və Çanet diyarına hücum etmək qərarına gəldi. Hüseyn bəy vəziyyətdən halı olan kimi yenə ona xəbər göndərdi: «Mənim diyarım sultanlığın düşməni deyildir ki, mənə qaşrı qoşun yeridəsən, əgər Muradın ölkəsidirsə, mən özüm öz ayağımla gəlib təslim olaram». Bu xəbəri göndərən kimi özü də gedib paşa ilə görüşdü. Yorğuc paşa onun camaatını, ailəsini Amasiyada qoydu, özünün isə əllərini qandallayıb əsir götürərək İstanbula göndərdi. Onu Sultanın əmri ilə Bursa qalasına saldılar. Odur ki, Yorğuç paşa Çanet vilayətini ələ keçirdi. Adı hallanan Hüseyn bəy üçün müəyyən vaxtdan sonra əlverişli məqam yetişdi, qaladan qasdı. İki il veyillənərək, nəhayət, qanuni olaraq sultanlığın ərazisində sığınacaq tapdı, yalvarıb yaxarandan sonra ona gözlənildiyindən də çox qayğı göstərdilər: Rumeli elində ona sancağ verdilər, öz camaatını və ailəsini də qaytardılar.

SULTAN SƏLİM XANIN
GÜRCÜSTANDA ŞAH İSMAYILIN
ƏSGƏRLƏRİ İLƏ MÜHARİBƏSİ, BƏZİ
QALALARIN ƏLƏ KEÇİRİLMƏSİ,  ŞAHZADƏ SÜLEYMAN İLƏ BİRLİKDƏ
SANCAĞA HÜCUMU

Şahzadə Sultan Səlim xan həzrətlərinin Trabzon vilayətinə getməsi, bu diyarda Gürcüstanın düşmənlərinə qarşı ədalətli müharibəyə böyük vaxt ayırması məlumdur və dillərdə dolaşırdı. Bundan başqa osmanlıların qan damlayan qılıncının ucu qızılbaşlar güruhunu neçə dəfə pərişan etdi. Əllərindən Bayburd ilə Ərzincanı almışdı.
Ərz in can i almışdı.

Ali Əfəndinin (Osmanlı tarixçisi: tərcüməçi) rəvayəti üzrə səbəbi o idi ki, Şah İsmayıl Ərdəbili, vilayətini boş zənn  etməklə, Ərzincanı başqalarının əlindən alıb zəbt etmişdi. Daha sonra üç min miqdarı olan qızılbaş ilə qardaşı İbrahim  Mirzəni və bəzi bəylərini göndərərək Şahzadə Səlim xanın hakimiyyəti altındakı Trabzon vilayətini yağma və qarət ilə  ziyan gətirmək istəmişdi. Bunula bərabər, adı çəkilən şahzadə daim oyanıq üzərə idi. Qızılbaşlardan qabaq Ərzincan yaxınlığında fürsət tapıb hamısını qılıncdan keçirtdi, Ərzincanı belə ələ keçirdi.
Bü döyüşdə Şah İsmayılın qardaşı İbrahim Mirzə ələ keçirildi. Trabzon qalasında həbs olunduğunu nəql edirlər. Halbuki, bunun həqiqiliyi şübhəlidir. Bu mübarək ildə, yəni 1500—1501-ci illərdə Səlim xanın oğlu şahzadə Süleyman xana uca iqtidar sahibi Bolus sancağnı bəxş edir. Bunu şahzadə Sultan Əhməd eşidəndə razılaşmayıb deyir ki, Bolus Amasiyadan İstanbula gedən yolda olduğundan, bu şahzadə Süleymana mübarək paytaxtda məskunlaşmasına imkan verilməməlidir və bu oğlan mənim yoluma çıxmamalıdır. Sultan Əhmədin ulu Tanrının eşqinə bir kimsə onun sözünü  yerə salmadığından mübarək taxta naməsi çatan kimi Bolus Kufə sancağı ilə əvəz olundu. Şan-şöhrətli, mərhəmətli  şahzadə ölkə hökmdarının fərmanı ilə Trabzondan Kufəyə yollandı. Özünün ora təşrif buyurması ilə o, həmin vilayəti  abad etdi, əhalisini də şad-xürrəm etdi, sevindirdi, səh. (324-325)

                                               GÜRCÜSTAN QƏZAVATININ ZİKRİ

 Uca iqtidar sahibi padşah, o qışı  Hələbdə keçirdi. Gözəl əsərlərlə zahir olan ilkbahar gəldikdə, 936-cı ilin 5 cumaziələvvəlinin onuncu günündə (8 э iyun 1549-cu il) Hələbdən böyük bir alay ilə çıxdı. Diyarbəkirə getdi, oradan da Gürcüstan tərəfinə doğru qəzavata getmək niyyətində idi. Bu səfərə səbəb və bais Gürcüstan quldurlarının bəzi alınmaz qalalarına sığınaraq, daim üsyan və tüğyandan azad olmayıb, gah yolunu azmış şah tərəfə, bəzən də aləm-pənah Sultan Süleyman tərəfinə keçmək vəziyyəti olmaları idi. Hətta bir dəfə ölkələr zəbt edən padşah, Bağdada səfərə çıxarkən, fürsət vaxtıdır deyərək, gürcülər böyük dəstəyə cəmlənərək, Ərzrum bəylərbəyi Musa paşaya qəflətən basqın edib onu şəhid etdilər. İstər- istəməz üzərilərinə səfərə çıxmaq və haqlarından gəlmək qərarı gəldi.

Diyarbəkirə daxil olduqda, ikinci vəzir olan Əhməd paşaya, Qaraman, Ərzrum, Zülqədər və Sivas bəylərbəyi və komandaları altında olan əyanlar, sipah və sancaq bəyləri ilə bir miqdar yeniçərlər və azərb ağaları qoşulub o tərəfə göndərildi. Sərdar mənzilləri qət edərək, şəban ayının on doqquzuncu günündə (sentyabrın 2-də) Gürcüstan qalalarından Tortum qalasının üzərinə gəldi. Bir neçə gün mühasirədən sonra Tortum qalasını aldı. Bundan başqa yaxınında olan Necah (akademik S.Cikiyanın tədqiq etdiyinə Nixax) və Marhu (Mer-xevi) adlı qalalarının əhalisi qorxuya düşərək, amanla açarlarını gətirdilər. Sonra Akçahisar (elə Ağca qala- M.M) adlı sağlam qala da Gürcüstan diyarının kilidi sayılmaqla, o da Uca Allahın inayəti ilə fəth olundu. Vəlhasil on beş parça müxtəlif qalalar, bəzi güclə, bəzisi də itaətlə bir sancaqlıq yerə yaxın paşaların birinə verildi. Bundan sonra, böyük zəfərlər və qənimətlər ilə qayıtdılar. Cahan padşahın ulduz sayında olan əsgərləri ilə Diyarbəkir şəhərinin önündə, Colok adlı yerdə Gürcüstandakı əsgərin gəlişini gözləməkdə idi. Şəvval ayının ikinci günündə (24 oktyabr) padşah zəfər əsgərləri ilə görüşdü. Zəfər çalmış alay bir araya gələndə bayaq adı çəkilən Əhməd paşaya və ələlxüsus əyanlara çox böyük hörmə - izzət göstərildi. Öz tay-tuşları arasında fərqlənənlərə Buna görə də zəfər çalan qoşunun istirahəti və dincliyi üçün xatırlanan ayın üçüncü günündə (1549-cu il oktyabrın 24- də) ellərinə sözügedən mənzildən gözəl Rum elinə yola düşmək əmri verildi. Birəcik, Antəpə, Adana və Konyadan keçərək zilhiccə ayının ortalarında (1550- ciil yanvarın ilk günləri) paytaxt İstanbula getdilər, (səh. 512-514)

Gürcü dilindən tərcümə edəni
Mirzə MƏMMƏDOĞLU

 


Xəbər xətti