Ana səhifə
20 Noyabr 2018

Millimizin baş məşqçisi təsdiqləndi: Prosineçki ilə 1 milyon 200 min avro qazanacaq

AFFA futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisini təsdiqlədi.

 

 

Ucnoqta.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında milli komandanın baş məşqçisi postuna Robert Prosineçki təsdiqlənib.Onunla üç il müddətinə müqavilə imzalanıb.

O, bu vəzifədə Berti Foqtsu əvəzləyib.

Jurnalistlərə açıqlama verən AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib ki, R.Prosineçkinin qarşısına bu seçmə mərhələ üçün hansısa vəzifə qoyulmayıb: “Əsas məqsəd növbəti seçmə mərhələdə uğur qazanmaqdır”.
İ.Cavadov deyib ki, müqaviləyə əsasən, R.Prosineçki Azərbaycanda bir ilinə 1 milyon 200 min avro qazanacaq. O qeyd edib ki, sabiq məşqçi Berti Foqtsdan fərqli olaraq, Prosineçki millimizdə işlədiyi müddətdə əsasən Azərbaycanda yaşayacaq.

Azərbaycan milli komandasına baş məşqçi təyin edilən Robert Prosineçkinin köməkçilərindən ikisi azərbaycanlı olacaq. Bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev bildirib ki, onun digər iki köməkçisi isə əcnəbi olacaq.

Qeyd edək ki, 45 yaşlı Robert Prosinečki Almaniyada doğulub. “Real Madrid”, “Barselona”, “Sevillia” və digər məşhur klublarda oynayıb. Məşqçilik karyerasına Serbiyanın “Crvena Zvezda” (Qırmızı Ulduz) klubunda başlayan Prosinečki 2012-2013-cü illərdə Türkiyənin “Kayserispor” klubunu çalışdırıb. 

 

Tarix
3 Dekabr 2014 [15:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin