Vladimir Putinə prezident vəsiqəsi təqdim edilib

11:00 - 3 Aprel 2018 - DÜNYA

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Vladimir Putinə prezident vəsiqəsini təqdim edib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu məlumatı Kremlin saytı yayıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçirilib. Vladimir Putinin mayın 7-də prezident kimi yenidən and içəcəyi planlaşdırılır.

Xəbər xətti