Sabirabadda ev yanıb

15:52 - 2 Aprel 2018 - HADİSƏ

Sabirabadın Moranlı kəndində ümumi sahəsi 90 kv.m olan birmərtəbəli evdə yanğın olub. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 4 otaqlı evin qamışdan ibarət tavanı, çardağının atma taxtaları 70 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Xəbər xətti