“Ruhlar ölkəsi” “CinemaPlus” da peşəkar Azərbaycan dublyajında nümayiş olunu

14:08 - 2 Aprel 2018 - MAQAZİN

 Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”-da 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Fransa və Kanada istehsalı olan “Ruhlar ölkəsi” filminin  nümayişi baş tutub. 

Dublyajın rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Həsənli, tərcüməçi Xumar Quluzadə, baş prodüseri Cəfər Axundzadə.
Filmi səsləndiriblər: Nəzakət Məmmədli, Zarina Qurbanova, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Səid Nizami, Rövşən Məmmədli və Vüsalə Məmmədzadə.
Qorxu filminin rejissoru Pascal Laugierdi.
Film haqqında qısa məlumat: Bet doğma yerlərinə qayıdır, harada ki, uzun illər öncə onun ailəsi ilə dəhşətli faciə baş vermişdi. Köhnə evdə onu anası və bacısı gözləyir. Bütün fikirləri kabuslar olan, hansının ki, qəzəbli ruhlarla mübtəlalığı  -  həyatını paranoidal dəhşətə çevirmiş keçmişdə baş verən dəhşətli hadisənin izindən başqa heçnədir.  Evdə Betin başa salmaq gücündə olmadığı qəribə hadisələr baş verməyə başlayır.....

 “CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

Xəbər xətti