Qazaxda iki avtomobil toqquşub

09:16 - 2 Aprel 2018 - HADİSƏ

Qazax şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında iki maşının toqquşması nəticəsində qeydə alınıb. Avtoqəza nəticəsində yaralananlardan biri 1982-ci il təvəllüdlü Qazax şəhər sakini Məmmədova Səbinədir. Digər yaralıların şəxsiyyəti hələ ki, məlum deyil. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti