Avtovağzal Ticarət Mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən atıb

08:42 - 2 Aprel 2018 - HADİSƏ

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb. Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qız Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti