Mingəçevirdə avtomobil məktəblini vurub

21:13 - 1 Aprel 2018 - HADİSƏ

Mingəçevir şəhərində azyaşlı uşağı maşın vurub. Ucnoqta.az "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin N.Nərimanov küçəsində, 1 saylı orta məktəbin qarşısında baş verib. İlkin məlumata əsasən, “VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Yəhyayev Əli Zaur oğlunu vurub. Sürücünün müşayiəti ilə yaralı xəstəxanaya çatdırılıb. Uşaq hadisə baş vermiş ərazidəki 45 saylı binada yaşayır. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti