Ərdoğan: "Afrində 3348 terrorçu zərərsizləşdirilib"

19:34 - 1 Aprel 2018 - DÜNYA

Türkiyə ordusu Afrində 3348 terrorçunu zərərsizləşdirib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı qeyd edib ki, bəzi dövlətlər bundan narahatlıq keçirirlər: "Bu, bəzilərini narahat edir. Bu, Fransanı narahat edir. Amma biz öz yolumuzla getməyə davam edəcəyik", - deyə Türkiyə prezidenti bildirib. Ərdoğan qeyd edib "Zeytun budağı" əməliyyatı hazırda davam edir. Əməliyyat Tell-Rifat yaşayış məntəqəsi və digər ərazilərdə keçirilir.  Türkiyənin dövlət başçısı İsrailin baş nazirini də ittiham edib. "Ey Netanyahu, sən çox zəifsən, çox qəribsən. Bir dəfə özünə diqqət et, Biz terrorçulara qarşı mübarizə aparırırq. Sənin dərdin terrorçular deyil, sən terrorçu dövlətsən". Ərdoğan bildirib ki, İsrail ordusunun Qüdsdə etdiyi göz qabağındadır: "Sənin dünyada sevənin yoxdur. BMT-dən aldığın cavab ortadadır".

Xəbər xətti