İranda zəlzələ olub: 15 nəfər xəsarət alıb

17:18 - 1 Aprel 2018 - DÜNYA

Bu gün İran-İraq sərhədində 5,3 maqnitudalı zəlzələ baş verib.   APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı İranın İlam şəhərindən 89 km şimal-qərbdə, Sarpol-e-Zahab şəhərindən 25 km cənubda, 10 km dərinlikdə yerləşib.   Zəlzələ Kermanşah əyalətindəki Sarpol-e-Zahab şəhərində ən azı 15 nəfər xəsarət alıb.

Xəbər xətti