Bulvarda bir nəfər dənizə düşüb

16:59 - 1 Aprel 2018 - HADİSƏ

Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb. Ucnoqta.az-ın FHN-in saytına isinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.​​

Xəbər xətti