Hindistanda dördmərtəbəli bina uçub

11:41 - 1 Aprel 2018 - DÜNYA

Hindistanın İndaure şəhərində köhnə dördmərtəbəli binanın uçması nəticəsində ən azı 10 nəfər həlak olub. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, hələlik xilasedicilər binanın dağıntıları altından 10 nəfərin cəsədini çıxara bilib, daha iki nəfərin xilas edildiyi bildirilir. Binanın uçmasının səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.

Xəbər xətti