Bakıda iki avtomobil toqquşub- biri yanıb

10:31 - 1 Aprel 2018 - HADİSƏ

Bakıda iki avtomobil toqquşub. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda “VAZ” və “Mercedes“ markalı iki minik avtomobili toqquşuv, nəticədə yanğın baş verib. Yanğın zamanı “VAZ” markalı avtomobilin yanar hissələri yanmış, sürücü yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti