"Bavariya"dan darmadağın

00:17 - 1 Aprel 2018 - İDMAN

Almaniya Bundesliqasında 28-ci turun oyunları davam edir. Turun mərkəzi qarşılaşması Münhendə keçirilib. "Bavariya" Dortmund "Borussiya"sını qəbul edib. Matç meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. "Bavariya" - "Borussiya" - 6:0 Qollar: Robert Levandovski, 5, 44, 87, Xames Rodriqes, 14, Tomas Müller, 23, Frank Riberi, 45 Qeyd edək ki, turnir cədvəlinə 69 xalla "Bavariya" başçılıq edir. "Şalke" 52 xalla 2-ci, "Borussiya" (Dortmund) 48 xalla 3-cüdür. Qol.az

Xəbər xətti