Bakıda 3 otaqlı ev yanıb

00:07 - 1 Aprel 2018 - HADİSƏ

Bakıda yanğın qeydə alınıb. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti