Abşeronda naməlum avtomobil piyadanı vurub

19:06 - 31 Mart 2018 - HADİSƏ

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü yerli sakin İmanova Gülzar Muxtar qızı yaşadığı ərazidə işdən çıxıb evə gedərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb.Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. G.İmanova Ceyranbatan qəsəbəsinin tibb məntəqəsində tibb bacısı işləyir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti