Neftçalada mağaza yanıb

15:33 - 31 Mart 2018 - HADİSƏ

Neftçalada mağazada yanğın baş verib. Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Bankə qəsəbəsində ərzaq mağazasında rəflər və ərzaq məhsulları yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti