Güləşçilərimiz 8 medal qazandı

14:59 - 31 Mart 2018 - İDMAN

29 mart - 2 aprel tarixlərində Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilir. Ucnoqta.az xəbər verir ki, Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış gününün yekununda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlarda güləşçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. İkinci yarış günündə yunan-Roma güləşçilərimizdən Qurban Qurbanov (45 kq), qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq), sərbəst güləşçilərdən isə Fuad Mayılov (80 kq) bütün rəqiblərini üstələyərək finala yüksəlib. Final görüşləri Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Xəbər xətti