Salyanda "Şirvan" milli parkının əməkdaşı güllələnib

00:33 - 31 Mart 2018 - HADİSƏ

Salyan rayonunda silahlı insident baş verib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu gün axşam saatlarında "Şirvan" milli parkının əməkdaşı, 1961-ci il təvəllüdlü rayon sakini Xalıqov İltifat Şirəli oğlu  güllə yarası alıb. Güllələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti