Ana səhifə
14 Noyabr 2018

Azərbaycan çempionatının oyunları güclü küləyə görə təxirə salınıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IX turunun bu gün keçirilməli olan oyunları təxirə salınıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, buna paytaxtdakı güclü küləkli hava şəraiti səbəb olub. Qurumdan bildirilib ki, matçların təşkil olunduğu Voleybol Mərkəzi konstruksiyalı idman qurğusu olduğundan, güclü külək şəraitində qəzanın baş vermə ehtimalı var. Ona görə də oyunların təxirə salınması məqsədəuyğun sayılıb. Turun görüşləri aprelin 2-də keçiriləcək və eyni saatda başlayacaq.

Qeyd edək ki, IX tur çərçivəsində “Lokomotiv” – AVF və “Abşeron” - “Azərreyl” matçları keçiriləcək. Qarşılaşmalar, müvafiq olaraq, saat 15:00-da və 17:00-da başlayacaq.

Tarix
30 Mart 2018 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin