Qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi

20:11 - 30 Mart 2018 - KİVDF

Dövlət hüquqi, təşkilati və digər mexanizmlər vasitəsilə qadın və kişilərin dövlətin idarə olunmasında bərabər təmsilçiliyinə təminat verir

“Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu islahatlar proqramı ölkənin əmək bazarında da inkişaf proseslərinə imkan yaradıb. Əmək münasibətlərində beynəlxalq əmək standartlarının, bu standartlardan irəli gələn bərabərlik prinsiplərinin tətbiqi yönündə də ötən dövrdə mühüm addımların atılıb. Azərbaycanın Beynəlxalq Əmək təşkilatının əmək və məşğulluq sahəsində əsas hüquqları əhatə edən 58 Konvensiyasına qoşulub, BƏT-lə sıx əməkdaşlığın həyata keçirir, ötən il ölkəmiz bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb. Ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində, sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın yaradılmasında, özünüməşğulluq proqramının icrasında, işsizlikdən sığorta sisteminin tətbiqində və s. BƏT dəstək verir, hazırda BƏT-lə birgə ikinci proqram olmaqla “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icra edilir”. Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib: “Makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırıb. Nazir müavini deyib ki, ölkədə əmək münasibətləri sahəsində qadınların kişilərlə bərabər hüquqları təmin edilir. Bu istiqamədə önəmli addımlar atılıb. Ha¬mı¬nın qa¬nun və məh¬kə¬mə qar¬şı¬sın¬da bə¬ra¬bər ol¬ma¬sı xü¬su¬si qa¬nun¬ve¬ri¬ci¬li¬yə aid olan bir çox nor¬ma¬tiv hü¬qu¬qi akt¬lar¬da da nə¬zər¬də tu¬tu¬lub. Be¬lə ki, Azər¬bay¬can Res¬pub¬li¬ka¬sı¬nın Əmək Mə¬cəl¬lə¬si¬nin 16.1-ci mad¬də¬sin¬də, Azər¬bay¬can Res¬pub¬li¬ka¬sı¬nın Mül¬ki-Pro¬ses¬su¬al Mə¬cəl¬lə¬si¬nin 8.2-ci mad¬də¬sin¬də, Azər¬bay¬can Res¬pub¬li¬ka¬sı Ci¬na¬yət Mə¬cəl¬lə¬si¬nin 6.1-ci mad¬də¬sin¬də, Azər¬bay¬can Res¬pub¬li¬ka¬sı İn¬zi¬ba¬ti Xə¬ta¬lar Mə¬cəl¬lə¬si¬nin 7.1-ci mad¬də¬sin¬də, Azər¬bay¬can Res¬pub¬li¬ka¬sı Ci¬na¬yət Pro¬ses¬su¬al Mə¬cəl¬lə¬si¬nin 11-ci mad¬də¬sin¬də, "Döv¬lət qul¬lu¬ğu haq¬qın¬da" Azər¬bay¬can Res¬pub¬li¬ka¬sı Qa¬nu¬nu¬nun 4.1.9-cu mad¬də¬sin¬də və bir çox di¬gər qa¬nun¬ve¬ri¬ci¬lik akt¬la¬rın¬da bu ba¬rə¬də gös¬tə¬riş¬lər yer alıb.
 

Onu da qeyd edək ki, bu qay¬da Azər¬bay¬can Res¬pub¬li¬ka¬sı¬nın qo¬şul¬du¬ğu bey¬nəl¬xalq mü¬qa¬vi¬lə¬lər¬də də öz ək¬si¬ni ta¬pıb. Ye¬ri gəl¬miş¬kən, "İn¬san hü¬quq¬la¬rı¬nın və əsas azad¬lıq¬la¬rın mü¬da¬fiə¬si haq¬qın¬da" Av¬ro¬pa Kon¬ven¬si¬ya¬sı¬nın 14-cü mad¬də¬si¬nə gö¬rə, adı¬çə¬ki¬lən sə¬nəd¬lər¬də təs¬bit olun¬muş hü¬quq və azad¬lıq¬lar¬dan is¬ti¬fa¬də¬nin ay¬rı-seç¬ki¬lik ol¬ma¬dan tə¬min olun¬ma¬sı¬nı da nə¬zər¬də tu¬tur. Bun¬dan baş¬qa, öl¬kə¬miz¬də qa¬nun¬ve¬ri¬ci¬lik akt¬la¬rın¬da bu cür bə¬ra¬bər¬lik prin¬si¬pi ilə bağ¬lı po¬zun¬tu¬la¬ra yol ver¬miş şəxs¬lə¬rin mə¬su¬liy¬yə¬tə, o cüm¬lə¬dən ci¬na¬yət mə¬su¬liy¬yə¬ti¬nə cəlb olun¬ma¬sı da nə¬zər¬də tu¬tu¬lub.
 

“Qadın və kişilərin hüquq bərabərliyinin dövlət təminatı haqqında” qanunda isə bildirilib ki, bu qanun siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi və bu hüquqların həyata keçirilməsi üçün onlara bərabər imkanların yaradılması, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir. Qaqnunun 6-cı maddəsində bildirilib ki, dövlət hüquqi, təşkilati və digər mexanizmlər vasitəsilə qadın və kişilərin dövlətin idarə olunmasında bərabər təmsilçiliyinə təminat verir. 7-ci maddədə isə vurğulanır ki,dövlət qulluğuna qəbul və dövlət orqanlarında qulluq zamanı qadın və kişmlər bərabər hüquq və imkanlara malik olmaqla, bərabər vəzifə və məsuliyyət daşıyırlar.  Qadın və kişilər üçün onların qabiliyyətinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğuna qəbulda bərabər imkanlar təmin edilir. Cinsi mənsubiyyətə görə birbaşa və ya dolayısı ilə hər hansı məhdudiyyətlər və ya imtiyazlar tətbiq edilə bilməz.  Bundan başqa, dövlət qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında qadın və kişilər arasında bərabər tərəfdaşlıq münasibətlərinə riayət edilməsini təmin edir. Göründüyü kimi müxtəlif sahələrdə qadın və kişi bərabərliyi üçün güclü hüquqi baza var. Nazir müavinin açıqladığı rəqəmlər də yuxarıda qeyd edilənləri bir daha təsdiq edib. Nazir müavini qeyd edib ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına görə, muzdla işləyənlərin təxminən 47 faizini qadınlar təşkil edir. Onlardan 56,7 faizi iqtisadiyyatın təhsil və səhiyyə sahələrində çalışır: “Muzdla işləyənlər arasında 40-60 yaşlarda olan qadınların xüsusi çəkisi həmin yaşlarda muzdla işləyən kişilərin xüsusi çəkisindən orta hesabla 9,2 faiz çoxdur. 50-55 yaş arasında olan qadınların muzdla işləyən bütün qadınların sayında xüsusi çəkisi (12,8 faizi) daha yüksəkdir. Muzdla işləyən kişilərdə isə ən yüksək (18,1%) xüsusi çəki 25-30 yaş arasındadır. Cins nisbətinə diqqət yetirsək, görərik ki, muzdla çalışan qadınlar arasında ali təhsilli şəxslərin xüsusi çəkisi kişilərə nisbətən 2 faiz çoxdur. Orta ixtisas təhsilli muzdla işləyənlərin 60,5 faizini, təhsilin magistratura pilləsini bitirmiş muzdla işləyənlərin 52,3 faizini qadınlar təşkil edir. Bu göstəricilər eyni zamanda, təhsilin qadınların əmək bazarında yer tapmasının əsas şərti olduğunu göstərir”.
 

İ.İsayev diqqətə çatdırıb ki, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Nazir müavini ölkəmizdə əmək və məşğulluq sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsinin təkcə BƏT-in Konvensiyaları əsasında deyil, eləcə də Avropa standartlarına uyğun olaraq həyata keçirildiyini vurğulayıb: “Bu baxımdan son dövrlərdə ölkəmizdə Dəyişdirilmiş Avropa Sosial Xartiyasına uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində qadınların məşğulluq imkanlarının genişləndirilməsi səylərimiz sosial partnyorların və ictimaiyyətin maraq dairəsində olub”.

İ.İsayev əməyin ödənilməsində qeyri-bərabərliyin aradan qaldırılmasının ölkəmizin də qoşulduğu BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindəki hədəflər sırasında olduğunu vurğulayıb. O, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasının, qeyri-formal əmək ödənişlərinin rəsmiləşdirilməsinin, işçilərin peşəkarlıq və ixtisas səviyyələrinin artırılmasının, əmək bazarı daha çox təhsilli, yüksək ixtisaslı kadrlarla təmin olunmasının əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılması üçün vacib məsələlərdən olduğunu və bu amillərin əmək məhsuldarlığının artımı baxımından da önəm kəsb etdiyini bildirib. İş yerlərinin optimallaşdırılmasının əmək haqqının artımı üçün önəmli vacib şərlərdən olduğunu qeyd edən nazir müavini bu sahədə, həmçinin büdcə-vergi və sosial sığorta sahəsində aparılan siyasətin təkmilləşdirilməsi yönündə görülən tədbirləri, mövzu ilə bağlı bir sıra təkliflərini diqqətə çatdırıb.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov isə özəl sektorda əməyin ödənilməsi sahəsində mövcud vəziyyətlə bağlı fikirlərini bildirib, məhsuldar əməyin təmin olunmasında işçilərə ödənilən əmək haqqı məbləğlərinin səviyyəsinin mühüm rolunu qeyd edib. AHİK sədrinin müavini Cavanşir Alxasov iş yerlərində layiqli əməyin təmin olunmasının, əmək münasibətlərində bərabər yanaşmaların həyata keçirilməsinin, işçilərin əməyinin ödənilməsində bərabərsizliyin qarşısının alınmasının həmkarlar təşkilatlarının fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb.

Xəbər xətti