Maştağa sakini arvadını öldürüb

12:49 - 30 Mart 2018 - HADİSƏ

Bakıda qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində arvadı Natəvanı bıçaqla qətlə yetirib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Z.Rəsulov tutulub.

Xəbər xətti