Ucarda avtomobil dörd yaşlı uşağı vurub

21:57 - 29 Mart 2018 - HADİSƏ

Ucarda avtomobil dörd yaşlı uşağı vurub.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ucar şəhərinin 20 yanvar küçəsində baş verib.   Barat Alı oğlu Səlimov idarə etdiyi VAZ-21012 markalı minik avtomobili ilə 2014-ci il təvəllüdlü Hüseyn Arif oğlu Əliyevi vurub. Ağır xəsarət alan uşaq Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib.   Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti