"Atletiko"dan Qrizmanna yeni müqavilə- 200 milyon

22:59 - 29 Mart 2018 - İDMAN

Onun indiki təzminat qiyməti 100 milyon avrodur

"Atletiko" futbolçusu Antuan Qrizmannla yeni müqavilə imzalamağa hazırlaşır. Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, Madrid klubu yeni müqavilə ilə ispan hücumçunun təzminat qiymətini 200-300 milyon avroya yüksəltməyi planlaşdırır.
 
Qeyd edək ki, A.Qrizmannın Madrid klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır. Onun indiki təzminat qiyməti 100 milyon avrodur.
 
Əlavə edək ki, A.Qrizmannla "Barselona", "Mançester Yunayted" və PSJ-nin maraqlandığı iddia olunur.

Xəbər xətti