Ana səhifə
25 Sentyabr 2018

NATO Türkiyəni dəstəkləyəcək

NATO Türkiyəni həmişə dəstəkləyəcək. "TRT Haber"-in verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə deyib.

Onun sözlərinə əsasən, NATO Türkiyə parlamentinin ölkənin Silahlı Qüvvələrinin Suriya və İraqda hərbi əməliyyatlarda iştirakına icazə verən qərarını yüksək qiymətləndirir.

Y.Stoltenberq əlavə edib ki, Türkiyə NATO-nun ən vacib üzvlərindən bidirir.

Qeyd edək ki, daha əvvəl Türkiyə parlamenti ölkənin Silahlı Qüvvələrinin xaricdə hərbi əməliyyatlarda iştirakına icazə verib. 396 deputatdan 298-i mandatın lehinə, 98-i isə əleyhinə səs verib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP), eləcə də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan icazə sənədini dəstəkləyib.

 

Tarix
9 Oktyabr 2014 [16:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin