Xaçmazda yol qəzası olub

16:05 - 29 Mart 2018 - HADİSƏ

Xaçmaz rayonunda yol qəzası olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istiandən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Maşıoba kəndi ərazisində “AzSamand“ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri avtomobildə olan 3 nəfərə müvafiq köməklik göstəriblər.

Əməliyyat başa çatıb.

Xəbər xətti