Ana səhifə
19 Sentyabr 2018

Rəşad Sadıqov: "Həm qapıçımız, həm də müdafiəçilərimiz yaxşı oynadılar"

 "Çox gərgin, ağır oyun keçdi. Aydın məsələdir, rəqib qrupdan çıxmağa çalışır. Əllərindən gələni etdilər ki, qələbə qazansınlar. Göstərdikləri əzimkarlığa, göstərdikləri mübarizəyə, sona qədər əzmlə, inamlı oynadıqlarına görə futbolçularımı təbrik edirəm". 

Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Sadıqov səfərdə İrlandiya yığmasına 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə qrup matçından sonra deyib: "Bəli, oyun rəqibin üstünlüyü ilə keçdi. Amma ilk yarıda rəqibə qol vəziyyəti yaratmağa imkan vermədik. İkinci hissədə isə standart vəziyyətlərdən bir-iki təhlükəli vəziyyət yaratdılar. Bununla belə, rəqibin həyata keçirdiyi çoxsaylı standart vəziyyətlər zamanı həm qapıçımız, həm də müdafiəçilərimiz yaxşı oynadılar. Sonda qolu məhz standart vəziyyətdən buraxmağımıza baxmayaraq, bu oyunda cərimə zərbələri zamanı zəif deyildik. Təəssüf ki, yekunda qol buraxdıq. Komanda şəklində daha güclü olmalı və özümüzə daha çox inanmalıyıq. Kollektiv şəkildə oynadıqda, əzmkar mübarizə apardıqda ortaya yaxşı nəticələr çıxa bilər. Qələbə də qazana bilərdik. 87-ci dəqiqədə komandamızın hücumu zamanı top qapı dirəyinə dəydi. Futboldu, bunlara hazır olmalıyıq. Düzdü, ağır məğlubiyyətdir, amma futbolçularda olan əzmkarlıq, mübarizə ruhu və verilən tapşırıqları yerinə yetirmək istəyi məni sevindirir. Hələ yolun əvvəlindəyik. İstər Antalya toplanışı, istərsə də, seçmə mərhələnin iki oyunu məndə müsbət fikirlər yaratdı. Oyundan-oyuna, məşqdən-məşqə futbolçularda irəliləyiş görürəm. Bu amil məni sevindirir”. 

Qeyd edək ki, Azərbaycan millisi İrlandiyaya 90+9-cu dəqiqədə buraxdığı qolla uduzub. 

Tarix
28 Mart 2018 [14:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin